SON XƏBƏR

Psixiatriya Xəstəxanasının baş həkiminin avtomobilini yandırdılar

Yanvar 27
13:00 2022
Şəkidə iki gün əvvəl yandırılan avtomobilin kimə məxsus olduğu məlum olub.

APA-nın məlumatına görə, yanvarın 25-də Şəkidə üzərinə benzin tökülərək yandırılan avtomobilin Şəki rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Əsədullayev Akif Fəxrəddin oğluna məxsus olduğu açıqlanıb. Məlumata görə, Şəki rayon sakini Əhmədov Murad Vaqif Oğlu rayonun İsmayıl Osmanlı küçəsi 11 ünvanında Şəki rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Əsədullayev Akif Fəxrəddin oğluna məxsus "Nissan" markalı 90-KM-040 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə benzin tökərək yandırıb.

Faktla bağlı Şəki rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (qəsdən əmlakı məhv etmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin dünən yaydığı məlumata görə, yanvarın 25-də günorta saatlarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Şəki şəhər Şöbəsinin pəncərəsinə və vətəndaşa məxsus avtomobilə naməlum şəxs tərəfindən benzin tökülərək az bir hissəsinin yandırılması ilə bağlı Polis Şöbəsinə məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən şəhər sakini, 2010-cu ildən psixiatriya xəstəxanasında qeydiyyatda olan ruhi-əsəb xəstəsi Murad Əhmədov Yevlax rayonu ərazisində saxlanılaraq şöbəyə gətirilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook