SON XƏBƏR

Prokurorluqdan “Medera”dakı ölümlə bağlı araşdırma aparır

İyul 04
01:09 2023
"Medera Hospital”ın plastik cərrahı Günel Bayramlının klinikanın Aygün Abbasova adlı əməkdaşını əməliyyat etməsi və xəstənin əməliyyatdan sonra vəfatı haqqında məlumat yaymışdıq.

Baş Prokurorluğun mətbuat xidmətinin əməkdaşı Əbdülsəməd Əzizli Axar.az-a açıqlamasında bildirib ki, faktla bağlı araşdırma davam edir.

"Sabunçu Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. Hazırda tibbi ekspertizanın cavabı gözlənilir. Nəticə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, - o deyib.

Qeyd edək ki, Aygün Abbasovanın bədənşəkilləndirmə əməliyyatı keçirdikdən sonra dünyasını dəyişdiyi barədə məlumat yayılıb. O, 5 iyunda dünyasını dəyişib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook