SON XƏBƏR

Prokurorluq Şuşada iki nəfərin minaya düşərək həlak olması ilə bağlı məlumat yaydı

Dekabr 09
15:07 2021
Baş Prokurorluq Şuşanın Daşaltı kəndində iki nəfərin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir:

"Dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxsin minaya düşməsi nəticəsində həlak olmaları barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazirda faktla bağlı araşdırma aparılmaqla prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq hərəkətləri həyata keçirilir.

İctimaiyyətə əlavə məlumat veriləcək".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook