SON XƏBƏR

Prokurorluq sağ olduğu halda ölüm kağızı verilən şəxslə bağlı məlumat yaydı

Avqust 15
15:13 2022
Baş Prokurorluq bəzi media və sosial şəbəkə səhifələrində Rusiya Federasiyasında yaşayan Zeynalov Abil Hacıbaba oğlunun sağ olmasına baxmayaraq ölüm haqqında şəhadətnamə verilməsinə görə Azərbaycana gələ bilməməsi ilə bağlı məlumatlar yayılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, məlum olub ki, vətəndaş müraciəti əsasında Quba rayonu, Rustov kənd sakini, 1955-ci il təvəllüdlü Abil Zeynalovun itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsi haqqında Quba rayon məhkəməsi tərəfindən 09 sentyabr 2011-ci il tarixdə qətnamə qəbul edilmiş və bunun əsasında rayon qeydiyyat şöbəsi tərəfindən A.H.Zeynalovun ölümü haqqında akt tərtib olunub.

Qəbul edilmiş məhkəmə qətnaməsi üçün əsas olmuş arxiv və digər zəruri sənədlərin həqiqiliyini və qanuniliyini müəyyən etmək məqsədi ilə hazırda Quba rayon prokurorluğunda araşdırma aparılır.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook