SON XƏBƏR

Prokurorluq "Qoç ət"də qadının ölümü ilə bağlı cinayət işi başlatdı

Dekabr 29
11:38 2022
"Qoç ət" KFT MMC-də qadının ölümü ilə bağlı cinayət işi başlanılıb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə dekabrın 28-də şirkətin paytaxtın Qaradağ rayonu, Lökbatan-Puta yolunda yerləşən kəsim sexində qeydə alınıb.

Belə ki, həmin sexdə xadimə işləyən Pirməmmədova Rəqsanə Azad qızı elektrik ət qarışdırıcı qurğunu təmizləyən zaman onun hərəkətə gəlməsi nəticəsində hissələrinin arasında qalıb. Daha sonra qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məclləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook