Prokurorluq partlayışla bağlı məlumat yaydı
Fevral 02
12:44
2022
Prokurorluq Yevlaxda baş verən partlayışla bağlı məlumat yayıb.
Məlumatda deyilir:
"Fevralın 1-i saat 22 radələrində Yevlax rayonu ərazisində Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılovun çoxsaylı qəlpə yarası alması nəticəsində ölməsi müəyyən edilmişdir.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan İsmayıl Mikayılovun II Qarabağ Müharibəsi zamanı həmin əraziyə düşmüş kassetli bombanın partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi ehtimal olunur.



