Prokuror “MTN işi”ndə qərarını dəyişdi
Sentyabr 15
16:25
2022
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin keçmiş rəisi, general Mövlam Şıxəliyev və onun tabeliyində çalışmış polkovniklər Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovu işində prokuror qərarını dəyişib.
Qaynarinfo xatırladır ki, dövlət ittihamçısı Mövlam Şıxəliyevin 14, Vüsal Ələkbərovla Yasin Məmmədovun 12, Sahib Ələkbərovun isə 10 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Lakin o, son məhkəmə prosesində bildirib ki, Vüsal Ələkbərovun cəzasının artırılmasını, yəni onun 12 yox, 15 il azadlıqdan məhrum edilməsini istəyir.
2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun postundan uzaqlaşdırılması, çoxsaylı generallar da daxil olmaqla, 20-dən artıq vəzifəlinin tutulmasıyla nəticələnən əməliyyatdan sonra həbs olunanlardan biri də Vüsal Ələkbərov olmuşdu. O zaman məhkəmə ona 12 il həbs cəzası kəsmiş, eyni zamanda, 1.2 milyonluq əmlakının müsadirəsinə qərar vermişdi. Sonradan cəza müddəti 5 ilə endirildi, Ali Məhkəmə əmlakını da özünə qaytardı. Bir müddət də keçdi və Ələkbərov şərti cəza ilə azadlığa buraxıldı. Prokuror bu dəfə ona 15 il həbs istəsə də, əvvəlki 5 ilin ona kəsiləcək cəza müddətindən çıxılmasını təklif edib. Ələkbərovun vəkili isə əksinə, müvəkkilinin təqsirsiz olduğunu deyir, onun haqqında bəraət hökmü çıxarılmasını istəyir.
Digər təqsirləndirilən MTN polkovniklərinin - Sahib Ələkbərov və Yasin Məmmədovun vəkilləri də eyni fikirdədir.
Ələkbərovun müdafiəçisi Ələkbər Quliyev deyir ki, müvəkkili MTN-də şöbə rəisinin müavini olsa da, heç bir qərarı özbaşına verməyib: "Sahib Ələkbərov kimdir ki, özbaşına kimisə tutsun, yaxud da kimisə buraxsın?!”.
General Şıxəliyevin müdafiəçisi də onun təqsirsiz olduğunu iddia edir. Arzu Cavadov deyir ki, Şıxəliyev Baş İstintaq İdarəsinin rəisi kimi yalnız nəzarət-inzibati məsələlərə baxıb. Vəkilin sözlərinə görə, hətta orada istintaq prosesində hansısa pozuntular baş veribsə belə buna görə prokurorluq məsuliyyət daşıyır. Çünki Baş Prokurorluğun MTN-də istintaqa nəzarət edən idarəsi olub: "Həmin idarənin prokurorları cinayət işlərinin başlanıb-başlanmamasından tutmuş, ittiham aktının tərtibinə qədər bütün prosessual hərəkətlərə nəzarət ediblər. Tutulan şəxslərin barəsində həbs-qətimkan tədbiri Baş prokurorun 1-ci müavini Rüstəm Usubovun təqdimatı əsasında seçilib. Bu məsələlərlə bağlı göstərişlər Mövlam Şıxəliyevə verilib. Şıxəliyev də o göstərişlərin icrasına nəzarət edib. Pulu kim alıb, kimə verilib - istintaq nədənsə bunları araşdırmayıb”.
Bu işdəki zərərçəkənlər isə üç polkovnikin azadlıqda saxlanmasına etiraz edir. Hüseyn Səfərov deyir ki, keçmiş MTN-çilər daha ağır əməllərdə suçlanırlar, onların əməllərindən onlarla ailələr bu gün də əzab çəkir, lakin nədənsə, həbs olunmurlar: "Vəkil Elçin Sadıqovu rüşvətə vasitəçilikdə ittiham edib həbs eləyirlər, bunlar isə əl-qollarını sallayıb gəzirlər. Halbuki, bir anlıq vəkilə qarşı ittihamın doğru olduğunu qəbul etsək belə, onun əməli ilə bunların əməli arasında yerlə göy qədər fərq var. Bunları kim himayə edir?”.
Artıq Mövlam Şıxəliyev və tabeliyində işləmiş şəxslərin məhkəməsi bitmək üzrədir. Məhkəmə istintaqının bir mərhələsi qalıb - müttəhimlərin çıxışları. Onlar çıxış üçün 10 gün vaxt istəsə də, hakim yalnız sentyabrın 15-nə qədər razılaşıb və bu gün keçirilən prosesdə çıxışlar mərhələsinə start verilib.