SON XƏBƏR

Prokuror Leyla Şıxlinskayanın pulunu mənimsəməkdə təqsirləndirilən şəxslərə cəza istəyib

Fevral 06
11:06 2019
Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın rəhbərlik etdiyi "Leyla Şıxlinskaya" klinikasının külli miqdarda pulunu mənimsəmədə təqsirləndirilən klinikanın sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və digərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Ş.Abbasovanın 9 il, Y.Abdullayevanın 2 il, S.Qasımova, Aytən Hüseynova və Mədinə Hüseyevanın isə hər birinin 5 il müddətinə azadlıqdan məhrum edilməsini və onların məhkəmə zalında həbs olunmasını istəyib.

Məhkəmənin növbəti iclası fevralın 12-nə təyin edilib.

İttiham aktına əsasən, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar. Ekpertiza rəyinə əsasən, zərərçəkmişə 56 min manat ziyan dəyib. 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook