SON XƏBƏR

Prokuror baş redaktora 4 ay həbs istədi

Sentyabr 30
14:52 2016
Bu gün Yasamal rayon məhkəməsində AR CM-nin 289.2-ci maddəsi (məhkəmə hakiminə hörmətsizlik) ilə təqsirləndirilən Azadlıq Partiyası sədrinin siyasi məsələlər üzrə 1-ci müavini, NUH.az saytının baş redaktoru Kamran Məhərrəmlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 
 
Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan Mehdiyev baş redaktorun 4 ay müddətinə ümumi rejimdə azadlıqdan məhrum edilməsini istəyib.
 
Məhkəmə oktyabrın 2-də davam etdiriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook