Prokuror Aytac Əliyevaya 9 il cəza istədi
Noyabr 14
12:41
2023
Dələduzluqda təqsirləndirilən YAP Gənclər Təşkilatının keçmiş sədr müavini, Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkut barəsindəki məhkəmə istintaqı yekunlaşıb.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror Rauf Malışov çıxış edib.
Prokuror Aytac Əliyevanın 9 il, bacısı İlknur Turkutun isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib
Xatırladaq ki, ilkin məlumata görə, A.Əliyeva bacısı İ.Turkut ilə birgə qızıl alveri etmək məqsədilə iki vətəndaşa qarşı dələduzluq edib. Belə ki, onlar vətəndaşların birindən 200 000, digərindən isə 189 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Eyni zamanda A.Əliyeva Binəqədi qəsəbəsi bələdiyyəsinin adından torpaq sahəsi ayrılmasına dair saxta sənədlər düzəldərək satıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər daha 9 nəfərə qarşı dələduzluq edib. Onlara qarşı ümumilikdə 1 milyon manata yaxın ziyan vurub.
Cinayət işi üzrə ümumilikdə 11 zərərçəkmiş var.
Qeyd edək ki, Aytac Əliyeva və bacısı İlknur Turkut Bakı Şəhər Baş Polis İdarəsində aparılan təhqiqat zamanı həbs edilib. A.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə təqsirləndirilir. Bacısı İlknur Turkut isə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. A.Əliyeva həbsdə, İ.Turkut isə ev dustaqlığındadır.