Professor: Putin Avropa ilə böyük müharibəyə başlayıb, lakin Qərb bunu etiraf etməkdən çəkinir
Yanvar 14
13:36
2025
Rusiya Avropada getdikcə daha çox diversiyalara əl atır və Qərb ölkələrinin infrastrukturuna qarşı açıq hücumlar həyata keçirir. Lakin Qərb bu hadisələri müəyyən mənada yumşaldılmış ifadələrlə təqdim edir və Putin rejiminin əslində açıq müharibə apardığını qəbul etməkdən qorxur.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Atlantic” üçün məqaləsində Şotlandiyanın Sent-Endryu Universitetinin Strateji Tədqiqatlar üzrə professoru Fillips Peyson O’Brayen yazır.
Belə ki, ötən ay Estoniyanı Finlandiya ilə birləşdirən "Estlink 2” adlı sualtı elektrik kabeli kəsilib. Bu diversiyadan qısa müddət sonra Finlandiya hakimiyyəti Rusiya tərəfindən Sankt-Peterburqdan Misirə gedən "Eagle S” adlı neft tankerini ələ keçirib. Bu gəminin qabaqcıl müşahidə avadanlıqları ilə təchiz olunduğu məlum olub. Finlandiya rəsmilərinin gəldiyi nəticəyə əsasən, "Eagle S” Baltik dənizinin dibindəki "Estlink 2” xəttini on kilometrlərlə sürükləmək və zədələmək məqsədilə öz lövbərindən istifadə edib.
"Məlumdur ki, elektrik xəttinin kəsilməsi, Putinin Ukraynaya başlatdığı tammiqyaslı işğaldan daha az gözə çarpan bir təcavüz formasıdır. Lakin ümumi mənzərə göstərir ki, Rusiya zorakılığa əl ataraq tanınmış bir dövlətin müstəqilliyini və müqavimət qabiliyyətini zəiflətməyə çalışır", - deyə ekspert vurğulayır.
Avropa qitəsinin müxtəlif strateji obyektlərində - silah istehsalı zavodları, vacib dəmiryolu xətləri, anbarlar və ticarət mərkəzlərində də buna bənzər çox sayda diversiya hadisələri baş verib.
İstintaqçıların fikrincə, bu hücumların arxasında Rusiya dayanır. Lakin Avropa rəsmiləri Moskvanın Ukraynadan kənarda həyata keçirdiyi bu cür fəaliyyətlərini "müharibə” adlandırmaqdan çəkinirlər. Ekspert yazır ki, onlar baş verənlərə qarşı tədbir görməkdənsə, bunu təsvir etmək üçün müxtəlif yüngülləşdirici ifadələrdən istifadə edirlər.
"Putin "xüsusi hərbi əməliyyatlar” terminini üstün tutur, çünki o, ukraynalılara qarşı amansız müharibə apardığını açıq şəkildə etiraf etmək istəmir. Avropada isə bir çoxları Rusiyanın Ukraynadan kənarda diversiya kampaniyasını müharibə kimi təsvir etməkdən yayınır, çünki onlar buna cavab olaraq nəsə etməməyə üstünlük verirlər", - O’Brayen əlavə edir.
"Putinin təcavüzü və Trampın biganəliyi Avropa üçün öz müdafiəsinə cavabdehlik götürmək üçün fürsət olmalıdır. Bu gerçəyi qəbul etməkdə ilk və vacib addım - artıq baş verənləri etiraf etməkdir: müharibəyə müharibə adını vermək".
Avropa və Rusiya
Bundan əvvəl NATO-nun baş katibi Mark Rütte Avropadakı vəziyyətlə bağlı deyib ki, region nə müharibə vəziyyətindədir, nə də sülh. Bu arada, Rusiya Qərb ölkələrinə qarşı destabilizasiya kampaniyasını artırır.
Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib ki, Avropada baş verən 100-ə yaxın kiberhücum və diversiya hadisəsi Rusiya ilə əlaqələndirilə bilər. Rəsmilər Rusiyanın Avropaya qarşı hibrid müharibə apardığı ilə razıdırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Atlantic” üçün məqaləsində Şotlandiyanın Sent-Endryu Universitetinin Strateji Tədqiqatlar üzrə professoru Fillips Peyson O’Brayen yazır.
Belə ki, ötən ay Estoniyanı Finlandiya ilə birləşdirən "Estlink 2” adlı sualtı elektrik kabeli kəsilib. Bu diversiyadan qısa müddət sonra Finlandiya hakimiyyəti Rusiya tərəfindən Sankt-Peterburqdan Misirə gedən "Eagle S” adlı neft tankerini ələ keçirib. Bu gəminin qabaqcıl müşahidə avadanlıqları ilə təchiz olunduğu məlum olub. Finlandiya rəsmilərinin gəldiyi nəticəyə əsasən, "Eagle S” Baltik dənizinin dibindəki "Estlink 2” xəttini on kilometrlərlə sürükləmək və zədələmək məqsədilə öz lövbərindən istifadə edib.
"Məlumdur ki, elektrik xəttinin kəsilməsi, Putinin Ukraynaya başlatdığı tammiqyaslı işğaldan daha az gözə çarpan bir təcavüz formasıdır. Lakin ümumi mənzərə göstərir ki, Rusiya zorakılığa əl ataraq tanınmış bir dövlətin müstəqilliyini və müqavimət qabiliyyətini zəiflətməyə çalışır", - deyə ekspert vurğulayır.
Avropa qitəsinin müxtəlif strateji obyektlərində - silah istehsalı zavodları, vacib dəmiryolu xətləri, anbarlar və ticarət mərkəzlərində də buna bənzər çox sayda diversiya hadisələri baş verib.
İstintaqçıların fikrincə, bu hücumların arxasında Rusiya dayanır. Lakin Avropa rəsmiləri Moskvanın Ukraynadan kənarda həyata keçirdiyi bu cür fəaliyyətlərini "müharibə” adlandırmaqdan çəkinirlər. Ekspert yazır ki, onlar baş verənlərə qarşı tədbir görməkdənsə, bunu təsvir etmək üçün müxtəlif yüngülləşdirici ifadələrdən istifadə edirlər.
"Putin "xüsusi hərbi əməliyyatlar” terminini üstün tutur, çünki o, ukraynalılara qarşı amansız müharibə apardığını açıq şəkildə etiraf etmək istəmir. Avropada isə bir çoxları Rusiyanın Ukraynadan kənarda diversiya kampaniyasını müharibə kimi təsvir etməkdən yayınır, çünki onlar buna cavab olaraq nəsə etməməyə üstünlük verirlər", - O’Brayen əlavə edir.
O’Brayen hesab edir ki, Avropa rəsmiləri yaranmış reallığı səmimi şəkildə etiraf etməlidirlər: