SON XƏBƏR

"Problemli kreditlər üzrə Azərbaycan Prezidentinin fərmanının icrası yekunlaşma fazasındadır" - İbrahim Alışov

May 27
13:59 2019
Problemli kreditlər üzrə Azərbaycan Prezidentinin fərmanının icrası yekunlaşma fazasındadır.

ONA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin sədrinin vəzifəsini icra edən İbrahim Alışov deyib.

Onun sözlərinə görə, problemli kreditlər üzrə 90%-dən artıq vəsait insanlara ödənilib.

İ. Alışov qeyd edib ki, müəyyən edilməmiş səbəblərdən kompensasiya məbləği 500 manatdan aşağı olan altı minə yaxın kart sahibi hələ də "Azərpoçt”a müraciət etməyib. Ola bilər ki, bunun səbəbi kompensasiya məbləğlərinin az olduğundandır (20-50 manatdan az). 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook