SON XƏBƏR

Prezidentliyə namizədin oğlu blogeri təhdid etdi -SƏS YAZISI

Mart 27
11:12 2018
Prezidentliyə namizəd Fərəc Quliyevin oğlu Nikbin Quliyev (Ulusoy) bloger Rəşad Bakinskyə zəng edərək ondan Fərəc Quliyev haqqında yazı yazmamasını tələb edib. 
Sozcu.az-ın xəbərinə görə bu barədə bloger özü səs yazısını paylaşaraq məlumat verib:

"Qeydə alınmış Prezidentliyə namizəd, Millət Vəkili Fərəc Quliyevin köməkçisi Nikbin Ulusoy yazdığım statuslara görə bugün mənə zəng edib təhdid edərək tələb edir ki, Fərəc Quliyev haqqında yazmayım. Çaşmayım. Həddimi aşmayım. Asacaq, kəsəcək, baltalayacaq, şirini cağırıb filkalayacaq zad. Telefonun səs yazısını sizə təqdim edirəm, qulaq asın. 

Düzdür, güləcəksiniz danışığa, gülünc olsa da acı həqiqətdir. səs yazısında da qeyd olunan kimi orda özü deyir ki ordakiların yeddisi də mənə marağlı deyil sənin haqqın yoxdur Fərəc haqda yazmaqa kimin haqda nə yazırsan yaz. Qısacası, məsləhət görürəm ki səs yazısına qulaq asasınız həm güləsiniz həm də Azərbaycanın gələcəyinin kimlər haqqında idarə olunacağına bir daha diqqətlə şahid olasınız. Sözdə demokratiya, işçə hədəqorxuloqiya üzdə isə asaram kəsərəm. Budur bizim namizədlər?"
 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook