SON XƏBƏR

Prezidentin səfərindən sonra Sumqayıt məktəblərində pulyığımına start verildi

Oktyabr 01
01:25 2016
Yeni dərs ili başlayar-başlamaz məktəblərdə müxtəlif məqsədlərlə pul yığılmasına başlanıb.
 
Valideynlər müxtəlif məqsədlərlə pul istənilməsindən narazılıqlarını bildirirlər. Artıq Sumqayıt məktəblərində "Müəllim günü" münasibəti ilə pul yığımına başlanılıb. Əvvəlki illərdən fərqli olaraq bu dəfə pul yığımında "yeni qaydalar" tətbiq olunur. Belə ki, müəllimlər bir nəfər fəal valideynə yanaşır və pul yığımını təşkil etməsini xahiş edirlər. Bu prosesin adı "valideynlərin təşəbbüsü" adlandırılır.
 
Sumqayıt şəhəri general M.Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada övladı təhsil alan valideynlərdən biri bu barədə Xeberle.com-a şikayət edib. Övladının "gözüm-çıxdıya” salınacağından və adının çəkilməsindən ehtiyat edən valideyn bildirir ki, övladı həmin məktəbdə 1-ci sinifdə oxuyur. Şikayətçi bildirir ki, məktəbin direktoru Əkbər İsmayılov valideyn komitəsinin sədrinə "Müəllimlər günü”nə dair pul yığılması ilə bağlı tapşırıq verib: "Valideyn komitəsinin sədri hər valideyndən 10 manatdan yığır. Gizlincə yığırlar və hamıya da tapşırıblar bu barədə heç yerdə danışmasınlar. Təhsil nazirliyinə məlumat çatmasın. Sinifdə 39 uşaq var. Pulun bir hissəsi müəllimə bir hissəsi isə direktora çatacaq. Elə valideyn var ki, ağzında dişi yoxdur, süpürgəçilik edərək uşaq saxlayır. Burda isə pul istəyirlər.”
 
Valideyn həmçinin qeyd edib ki, digər övladı 4-cü sinifdə təhsil alır və ona isə 20  manat gətirməsini deyiblər.
 
Şikayətçi onu da qeyd edib ki, valideyn komitəsinin sədri valideynlərə xəbərdarlıq edib: "Valideyn komitəsinin sədri deyir ki, kim sabah pul verməsə, uşağı məktəbə gətirməsin”, - sitatın sonu.
  
Qeyd edək ki, məsələ ilə əlaqədar Təhsil Nazirliyi bəzi məktəblərdə 5 oktyabr Müəllimlər günü ilə bağlı pul yığılmasına münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov təmsil olunduğu qurumun mövqeyini açıqlayıb: "Bununla bağlı anonim olmadan (adı ilə müraciət etməyi biz öyrənməliyik) bizim 146 saylı "qaynar xətt”imizə məlumat verərsə və fakt araşdırma zamanı təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq.(Xeberle.com)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook