Prezidentdən yeni müavin - Təyinatları
Oktyabr 20
17:58
2015
Prezident İlham Əliyev "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) sədrinə müavini təyinatları ilə bağlı sərəncam imzalayıb.
"Qlobalinfo” report-a istinadən xəbər verir ki, sərəncamla Sadiq İzzət oğlu Sadıqov "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini təyin edilib.
Prezidentin digər sərəncamı ilə Vüqar Cəbrayıl oğlu Əhmədov "Azərişıq” ASC sədrinin müavini təyin olunub.



