Prezidentdən Mədət Quliyevlə bağlı daha bir - Sərəncam
Oktyabr 21
18:32
2015
Azərbaycan Prezidenti İlham Əliyev M.Q.Quliyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
"Qlobalinfo”nun məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Qəzənfər oğlu Quliyevə general-leytenant ali hərbi rütbəsi verilsin”.
Qeyd edək ki, iki gün oncə ölkə rahbarinin digər sərəncamı ilə Mədət Quliyev MTN-nin birinci müavini təyin olunub.



