SON XƏBƏR

Prezidentdən bayramqabağı sevindirici sərəncam - Sürüşmə nəticəsində ziyan çəkmiş sakinlər üçün bina tikiləcək

İyun 03
22:53 2019
Prezident İlham Əliyev iyunun 3-də "Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması haqqında” sərəncam imzalayıb.

Qlobal.az xəbər verir ki, Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün 36 mənzilli yaşayış binasının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 2,3 milyon manat ayrılıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook