SON XƏBƏR

Prezident sərəncam imzaladı

Oktyabr 14
23:39 2015
Azərbaycan Prezidenti İlham Əliyev V.İ. Abdullayevin ordenlə təltif edilməsi haqqında sərəncam imzalayıb.
PA-nın mətbuat xidmətindən verilən məlumata görə sərəncamda deyilir: "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Vaqif İdris oğlu Abdullayev 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.
 
Qeyd edək ki, V.Abdullayev Azərbaycan prezidentinin 10 aprel, 2012-ci il tarixli sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook