"...prezident seçkilərindən kənarlaşdırmaq məqsədilə tutublar" - Erkin Qədirli
Fevral 04
17:09
2016
"Bu gün - 4 fevral Respublikaçı Alternativin (REAL-ın) sədri, İlqar Məmmədovun qanunsuz və ədalətsiz həbsinin üçüncü ili tamam olur. İlqarı müxalif hərəkatın lideri olduğuna görə, prezident seçkilərindən kənarlaşdırmaq və seçki ilində tənqidi səsini susdurmaq məqsədilə tutublar. Bunun başqa anlamı yoxdur! Avropa İnsan Haqları Məhkəməsinin qərarında da belə yazılıb".
Arqument.Az xəbər verir ki, bunu REAL Hərəkatının İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirli yazıb.
O, İlqar Məmmədovun qanunsuz həbsdə saxlandığını vurğulayıb: "Həmin qərarın çoxdan qüvvəyə minməsinə, icrasız qaldığına görə Avropa Şurasının Nazirlər Komitəsinin İlqarın işiylə bağlı 4 xüsusi qətnaməsinə baxmayaraq, İlqarı hələ də qanunsuz həbsdə saxlayırlar. Çoxsaylı başqa qərarlara (qətnamələrə, bəyanatlara) burada özüm istinad etmirəm, çünki onların Azərbaycan üçün hüquqi qüvvəsi yoxdur, amma yuxarıda yazdıqlarımın var.
Bu gün həm də Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun həbsindən 3 il ötür. Onu da İlqarla bir yerdə şərləyib tutublar".
Qlobal.az



