Prezident Rusiyanın “Yedinaya Rossiya” Partiyasının Ali Şurası Bürosunun üzvünü qəbul edib
Noyabr 21
14:25
2022
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının "Yedinaya Rossiya” Partiyasının Ali Şurası Bürosunun üzvü, Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Andrey Klimovu qəbul edib.
Dövlət başçısı xoş sözlərə və təbrikə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.



