SON XƏBƏR

Prezident QHT-lər haqqında fərman imzaladı

Oktyabr 29
08:15 2015
Prezident İlham Əliyev oktyabrın 21-də "Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.
 
Fərmana əsasən Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.
 
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində dövlət başçısına məlumat verməlidir. Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetini məlumatlandırmalıdır.
 
 
 
Qlobalinfo.az saytına fərmanla bağlı fikirlərini bölüşən "Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi”nin sədri Radə Abbasın sözlərinə görə bu fərman QHT-lərin təkmilləşdirilməsini və dinamikliyini daha sürətləndirəcək. " Bu artıq cənab prezidentin QHT-lərlə bağlı imzaladığı ikinci mühüm fərmandı. Məhz 2007-ci ildə Cənab prezidentin imzaladığı QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması haqqında fərmanla ölkədəki QHT-lərin pərakəndəliyi aradan qaldırılaraq cəmiyyətdə aktiv fəaliyyət trayektoriyaları müəyyənləşdi. Bu 7 ildə QHT-lər cəmiyyətin inkişafına ciddi təkan verdilər. Vahid məqsəd ümumiləşdirilərək mərkəzləşdirildi. Düşünürük ki, bu fərman zamanı önləyəcək qərardı. Zamanında verilən bu fərman üçün ölkə rəhbərinə təşəkkür edirəm. QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevə və bütün həmkarlarıma ugurlar arzulayıram”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook