SON XƏBƏR

PREZİDENT MİKAYILOVU YÜKSƏK VƏZİFƏYƏ TƏYİN ETDİ - Yeni agentliyin rəhbəri kimdir + DOSYE

Mart 30
15:41 2023
Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Mikayılov Zaur Rauf oğlu Boğaziçi Universitetinin "Biznesin idarə olunması" fakültəsini bitirib.

Zaur Mikayılov 2001–2009-cu illər ərzində "Bakcell" MMC-də baş kommersiya inzibatçısı kimi çalışıb.

Daha sonra Zaur Mikayılov "PAŞA Construction" tikinti şirkətində yüksək vəzifə tutub. Belə ki o, "Port Baku Towers"in baş direktoru olub. Bir müddət sonra isə  Zaur Mikayılov "Agro Dairy" MMC-də baş direktor vəzifəsini tutub. 

2018-ci ilin noyabr ayından "Bravo" supermarketlər şəbəkəsinin icraçı direktoru təyin olunan gənc mütəxəssis 2021-ci ilin yanvar ayında vəzifəsini tərk edib.

2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook