Prezident məsuliyyətsizliyə görə İcra başçısını danladı: "Hesab edirsiniz ki, bununla iş düzəlir?"
Mart 06
00:31
2020
Martın 4-də Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olub.
Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev açılışda iştirak edib.
Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib. İlham Əliyev muzeyin eksponatları ilə tanış oldu.
Burada nümayiş olunan tarixi xəritələrlə bağlı iradlarını bildirən Prezident İlham Əliyev deyib:
- Bu, neçənci əsrin xəritəsidir? Gərək yazılsın. Hər bir xəritədə yazılmalıdır neçənci əsrə aiddir, çünki dövlətlər dəyişib, sərhədlər dəyişib. Bu xəritəni siz haradan götürmüsünüz?
Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov: Mədəniyyət Nazirliyindən.
Bu xəritə də bilinmir hansı tarixə aiddir. İndiki Azərbaycan ərazisində heç bir şəhərin adı yoxdur. Var buna cavab? Xəritə asmısınız, hesab edirsiniz ki, bununla iş düzəlir? Bu xəritə bizim tariximizdir. Uşaqlar gəlib bu xəritədən bu tarix haqqında nə başa düşəcəklər? Heç bilinmir nədir bu. Özü də haradan götürmüsünüz Allah bilir. Buna belə yanaşmaq olmaz. Eksponatları doldurursunuz, hesab edirsiniz ki, bununla iş bitir? Özü də uşaq otağıdır. Uşaq gəlib soruşacaq ki, bu, nədir, mənim məmləkətim nədir? Haradadır mənim qədim şəhərlərim? Onun əvəzinə orada Urartu görürük.
Qlobal.az



