Prezident Lənkaran rayonuna 4 milyon manat ayırdı
Oktyabr 22
18:35
2015
Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran şəhəri ərazisinə yağan yağışlar nəticəsində dəymiş ziyanın aradan qaldırılması və çoxmənzilli binalarda təmir-bərpa işlərinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Qlobalinfo.az xəbər verir ki, sərəncamda deyilir:
"1. Lənkəran şəhəri ərazisinə yağan leysan yağışlar nəticəsində dəymiş ziyanın aradan qaldırılması və çoxmənzilli binalarda təmir-bərpa işlərinin həyata keçirilməsi məqsədi ilə Lənkəran Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 4,0 (dörd) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.