Prezident İlham Əliyevin son mesajları kimə ünvanlanıb? (ŞƏRH)
Mart 16
17:18
2021
"Cənubi Qafqazda bütün qarşıdurmaların mənbəyi olan erməni faşizmi üzərində Azərbaycan ordusu həlledici qələbə qazanıb. Bu qələbənin əbədiləşdirilməsi üçün nə lazımdırsa, ediləcək. Prezidentin son mesajları da bunu göstərir”.
Bu sözləri politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin işğaldan azal edilmiş Füzuli və Xocavənd rayonlarına etdiyi son səfər zamanı münaqişə ilə bağlı səsləndirdiyi fikirləri Qaynarinfo üçün şərh edərkən deyib.
Politoloq hesab edir ki, Azərbaycan öz suverenliyini zamanla bütün ərazilərində bərpa edəcək:
"Azərbaycan müharibədə Ermənistanı kapitulyasiyaya məcbur edib. Sonradan Dağlıq Qarabağda seperatçıların yenidən fəallaşması, müəyyən ölkələrdən onlara yardım göstərilməsi və s. bu kimi proseslər boş şeydir. Azərbaycan bütün dünyanın gözü qarşısında ərazi bütövlüyünü bərpa etdi və işğalçı Ermənistan qoşunlarını ərazisindən qovub çıxartdı. Əlbəttə ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Və münaqişədən əvvəl yaşadıqları kimi yenə də həmin ərazilərdə yaşaya bilərlər. Azərbaycan öz suverenliyini bütün ərazisində yaymaq fikrindədir və bunu mütləq edəcəyik. Azərbaycan Prezidentinin çıxışlarından da görürük ki, Ali baş komandan çox inamlıdır. İnamlı olmasının səbəbi də proseslərin içində olması, nəyi və necə edəcəyini gözəl bilməsidir. Bu baxımdan, Prezidentin fikirləri Azərbaycan xalqında nikbinlik və əminlik yaradır.
Cənubi Qafqazda bütün qarşıdurmaların mənbəyi olan erməni faşizmi üzərində Azərbaycan ordusu həlledici qələbə qazanıb. Bu qələbənin əbədiləşdirilməsi üçün nə lazımdırsa, ediləcək. Prezidentin son mesajları da bunu göstərir.
Politoloq hesab edir ki, Prezident İlham Əliyevin ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenlə görüşdə səsləndirdiyi fikirlər rəsmi Bakının Minsk Qrupuna etimad göstərməyəcəyini sərgiləyir:
"Bundan sonra ATƏT-in danışıqlar prosesinə sahiblik etməsi mümkün deyil. Müəyyən çərçivələrdə Azərbaycanla Ermənistan arasında danışıqlar davam edə bilər. Amma bu danışıqlar ATƏT-in Minsk Qrupu formatında aparılmayacaq. Ermənistanla birbaşa danışıqlar da mümkündür. Vasitəçi tərəflər də Rusiya və Türkiyə ola bilər”.
Politoloq Elxan Şahinoğlu İlham Əliyevin ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenlə görüşdə səsləndirdiyi fikirləri şərh edib. Onun sözlərinə görə, Azərbaycanın artıq ATƏT-in vasitəçiliyinə ehtiyacı yoxdur:
"Azərbaycan Dağlıq Qarabağ münaqişəsini uzun illərdən sonra özü həll edib. Ona görə də Azərbaycanın artıq ATƏT-in bu istiqamətdə fəaliyyətinə ehtiyacı yoxdur. Elə İlham Əliyevin ATƏT sədri ilə görüşdə səsləndirdiyi fikirlər də bundan xəbər verir: "Münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq. Düşünürəm ki, müharibədən sonra ötən 4 ay artıq hər iki tərəfin səhifəni bağlamaq və diqqəti gələcəyə yönəltmək iradəsini nümayiş etdirir. Bu, çox mühümdür”. Azərbaycan prezidenti eyni sözləri müharibədən sonra Bakıya gələn ATƏT-in Minsk Qrupu həmsədrlərinə də demişdi.
İlham Əliyev ATƏT sədri ilə görüşdə onu da dedi ki, Azərbaycan işğal altındakı ərazilərin bərpasına başlayıb. Yəni Azərbaycan prezidenti bu sözlərlə ATƏT sədrini anlatmaq istəyib ki, Bakının artıq ATƏT-in vasitəçiliyinə ehtiyacı yoxdur. Bakı Dağlıq Qarabağın status mövzusunu müzakirə etmək istəmir. İlham Əliyev ATƏT sədri ilə görüşdən sonra yenidən azad olunmuş bölgələrə səfər edərək erməni işğalının acı nəticəsindən və aparılacaq yenidərqurma işlərindən danışdı…”