Prezident İlham Əliyev üç nəfəri “Şöhrət” ordeni ilə təltif etdi
Yanvar 31
18:14
2020
Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət” ordeni ilə təltif edilib.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Fuad Yusif oğlu Əliyev "Şöhrət” ordeni ilə təltif edilib.
Daha bir sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə Maqomed Səidoviç Qurbanov "Şöhrət” ordeni ilə təltif edilib.



