Prezident İlham Əliyev Tovuzda səfərdədir
Mart 04
14:17
2020
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuz rayonuna səfərə gedib.
Dövlət başçısı Tovuz şəhərində Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonda görülən işlər barədə dövlət başçısına məlumat verib.
Ardınca Prezident də "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialının fəaliyyəti ilə tanış olub. "Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.
İlham Əliyev daha sonra Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin açılışında iştirak edib. Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib. Prezident muzeylə tanış olub.
Bu gün həmçinin Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olub. İlham Əliyev açılışda iştirak edib. Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib. Prezident muzeydə yaradılan şəraitlə tanış olub.