SON XƏBƏR

Prezident İlham Əliyev “Qarabağ”ı təbrik etdi - FOTO

Yanvar 22
01:17 2026
Prezident İlham Əliyev UEFA Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt” üzərində qazanılan qələbədən sonra "Qarabağ” klubunu təbrik edib.

Prezidentin təbrik paylaşımınında yazılır:

"Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt" komandası üzərində parlaq qələbə qazanması münasibətilə Qarabağ futbol klubunu ürəkdən təbrik edirəm!
Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək.
Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!” 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook