SON XƏBƏR

“Prezident İlham Əliyev informasiya savaşının şəriksiz qalibi oldu” - Vüqar Rəhimzadə

Noyabr 10
10:33 2022
"Vətən müharibəsi dövründə Azərbaycan Prezidentinin transmilli media orqanları, 30-dan artıq xarici televiziya, agentliklərə verdiyi müsahibələrinin əldə edilən qələbədə, habelə Azərbaycan reallıqlarının dünyaya çatdırılmasında müstəsna əhəmiyyəti var”. 

Bunu Qaynarinfo-ya açıqlamasında "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 44 günlük müharibənin informasiya savaşında Azərbaycan Prezidentinin əldə etdiyi uğurlardan danışarkən deyib.

baş redaktor bildirib ki, İkinci Qarabağ savaşında əldə edilən qələbə bir tərəfdən ordumuzun qüdrətinin, gücünün göstəricisi oldu. Digər tərəfdən, bu qələbə istər iqtisadiyyat sahəsində, istərsə də informasiya savaşında Azərbaycanın əldə etdiyi kifayət qədər ciddi uğurların nəticəsidir:
 


"Xüsusən də müharibə dövründə Azərbaycan Prezidentinin transmilli media orqanları, 30-dan artıq xarici televiziya, agentliklərə verdiyi müsahibələrinin Azərbaycan reallıqlarının dünyaya çatdırılmasında müstəsna əhəmiyyəti oldu. Müharibə dövründə düşmən tərəfindən ortaya atılan dezinformasiyaların, yalan məlumatların ifşa edilməsi, həqiqətin üzə çıxarılmasında informasiya savaşının kifayət qədər böyük təsir gücü var. Hesab edirəm ki, Azərbaycan Ali Baş Komandanın rəhbərliyilə bu vəzifənin öhdəsindən də yüksək səviyyədə gələ bildi. 

Əvvəlki dövrlərdə olduğu kimi, müharibə dövründə də Azərbaycana qarşı qərəz maşını işləyirdi. Hətta müharibə zamanı bu qərəz maşını daha da şiddətlənmişdi. Xaricdəki bəzi mətbu orqanlar düşmən ölkənin və onun himayədarlarının sifarişini yerinə yetirərək, ermənilərin əlində alət rolunu oynayırdı. Azərbaycan Prezidenti isə özünün dəqiq və səlis cavablarla bu qərəzli yanaşmaları puç etməklə onları cıxılmaz vəziyyətə saldı. Məhz, Azərbaycan Prezidentinin informasiya savaşında apardığı peşəkar və haqlı mübarizəsinin nəticəsi olaraq ölkəmiz öz haqq səsini bu platformada da dünyaya sübut edə bildi”. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook