Prezident İlham Əliyev: “İmkan verə bilmərik ki, natəmiz insanlar qiymətləri süni şəkildə qaldırsınlar”
Oktyabr 07
23:49
2016
"2017-ci ildə biz makroiqtisadi sabitliyə ciddi fikir verməliyik. İnflyasiya birrəqəmli olmalıdır. Hesab edirəm ki, biz bunu təmin edəcəyik”.
Azərtac-ın məlumatına görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
Prezident bildirib ki, süni qiymət artımına yol verilməməli, çox ciddi nəzarət olmalıdır:
"Həm ictimai nəzarət, həm dövlət orqanları tərəfindən nəzarət daha da güclü olmalıdır. Çünki biz imkan verə bilmərik ki, hansısa natəmiz insanlar, möhtəkirlər qiymətləri süni şəkildə qaldırsınlar və beləliklə, insanlarımız bundan əziyyət çəksin. Əlbəttə ki, idxal olunan malların qiyməti dünya bazarlarında formalaşır. Əgər dünya bazarında Azərbaycanda istehsal olunmayan hansısa malın qiyməti artırsa təbii ki, bizdə də artacaq. Ona görə, biz çalışmalıyıq ki, idxaldan asılılığı maksimum səviyyədə azaldaq, yəni, minimum səviyyəyə endirək. Eyni zamanda, daxildə istehsal olunan ərzaq məhsullarının tərkibində xarici komponent də var. Biz o komponenti də azaltmalıyıq. Bu istiqamətdə işlər gedir”.
Prezident əlavə edib ki, daxili bazarı qorumaq üçün ölkəyə gətirilən bəzi mallara rüsumlar bu yaxınlarda artırılıb və bu, çox düzgün addımdır: "Biz öz daxili istehsalçımızı qorumalıyıq. Ancaq daxili istehsalçı bundan sui-istifadə etməməlidir. Çünki insanlar üçün seçim olacaq, ya yerli məhsul alacaq, ya da xarici məhsul. Ola bilər ki, xarici məhsul insanın daha çox xoşuna gəlsin, amma qiyməti daha baha ola bilər. Yerli məhsul isə xarici məhsuldan əhəmiyyətli dərəcədə ucuz olmalıdır. Ona görə, istehlak bazarına çox ciddi nəzarət olmalıdır ki, bəzi natəmiz sahibkarlar bundan istifadə etməsinlər. Çünki idxal olunan ərzağın, yaxud hansısa digər məhsulun qiyməti artarsa onlar çalışa bilərlər ki, öz məhsulunun da qiymətini artırsınlar. Yəni, buna yol vermək olmaz”.
Prezident İlham Əliyev deyib ki, daxili bazarı qorumaq üçün əlavə tədbirlər görülməli və çox çevik siyasət aparılmalıdır: "Biz vaxt itirməməliyik. Bu məsələlər çox operativ şəkildə həll edilməlidir. Görəndə ki, biz hansısa məhsulla özümüzü tam 100 faiz təmin edirik, dərhal o məhsula rüsum qalxmalıdır. Nəinki bu sahədə, bütün sahələrdə çox operativ, çevik siyasət aparılmalıdır. Bəzi hallarda bürokratik əngəllər bizə böyük problemlər yaradır. Bir məsələ haradasa aylarla razılaşdırılır, rəylər yığılır, vaxt itiririk. Müasir iqtisadi şəraitdə vaxt itirmək pul itirmək deməkdir. Çox operativ iş prinsipi qurulmalıdır və qərarlar da əgər düzgün qərarlardırsa dərhal qəbul edilməlidir”.
Dövlət başçısı bildirib ki, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb. Onun sözlərinə görə, sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır və bu istiqamətdə 2017-ci ildə çox ciddi addımlar atılacaq.

Prezident qeyd edib ki, bank sektorunda islahatlar, konsolidasiya siyasəti davam etdirilməlidir. Bank sektoru şəffaf olmalı və ən yüksək dünya standartlarına cavab verməlidir.
Qlobal.az