SON XƏBƏR

Prezident İlham Əliyev Goranboy rayonunda səfərdədir (FOTOLAR)

Mart 03
14:52 2020
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Goranboy rayonuna səfərə gedib.

Qlobal.az xəbər verir ki, dövlət başçısı Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə son vaxtlar rayonda görülən işlər barədə məlumat verib.

Daha sonra Prezident Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun yenidənqurmadan və bərpadan sonra açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
 
Sonda xatirə şəkli çəkdirilib.
 

 

 
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook