Prezident İlham Əliyev Avstriyanın vitse-kansleri ilə görüşüb
Mart 29
11:09
2019
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Vyanada Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristian Ştraxe ilə görüşüb.
Qlobal.az AZƏRTAC-a istinadla xəbər verir ki, Avstriyanın vitse-kansleri ilə Bakıda keçirdiyi görüşü məmnuniyyətlə xatırladan dövlətimizin başçısı həmin görüşdə ikitərəfli əməkdaşlığa dair geniş fikir mübadiləsi aparıldığını dedi. Azərbaycan-Avstriya münasibətlərinin, o cümlədən siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev bu ölkəyə səfərinin, həmçinin vitse-kanslerlə görüşünün əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğuladı.
Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristian Ştraxe ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyev ilə görüşünün və apardığı səmərəli müzakirələrin ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verdiyini ifadə etdi.
Qlobal.az



