Prezident hərbçilər üçün yeni istifadəyə verilmiş yaşayış binaları ilə tanış olub
Noyabr 07
19:10
2022
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Füzuli rayonu ərazisində hərbi şəhərcikdə əsgər yataqxanası, əsgər yeməkxanası və idman zalı ilə tanış olub.
Şəhərcikdə hərbi qulluqçular və onların ailələri üçün yeni istifadəyə verilmiş iki və üçmərtəbəli yaşayış binaları, məktəb və uşaq bağçası mövcuddur. Hərbi qulluqçuların səmərəli istirahəti üçün müasir standartlara uyğun şərait yaradılıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyev mənzillərdə yaradılmış şəraitlə də tanış olub.



