SON XƏBƏR

Prezident general-leytenantı komandan təyin etdi (SƏRƏNCAM)

Oktyabr 07
22:59 2024
Azərbaycan Hərbi Hava Qüvvələrinə komandan təyin olunub.

Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə general-leytenant Namiq İslamzadə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı təyin olunub.
 
Qeyd edək ki, Namiq İslamzadə II Qarabağ müharibəsinin komandanlarından biri, Vətən Müharibəsi Qəhrəmanıdır. Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli sərəncamı ilə ona general-mayor, 24 iyun 2024-cü il tarixli sərəncamı ilə isə general-leytenant ali hərbi rütbəsi verilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook