Prezident Elxan Süleymanovla bağlı sərəncam verdi
Dekabr 05
19:24
2015
Azərbaycan Prezidenti İlham Əliyev E.S. Süleymanovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
"
Qlobalinfo.az xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikasının parlamentlərarası əlaqələrinin genişləndirilməsində fəal iştirakına görə Elxan Sirac oğlu Süleymanov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin”.
Qeyd edək ki, Elxan Süleymanov Milli Məclisin deputatıdır.



