Prezident Eldar Nuriyevi təltif etdi
Noyabr 19
20:09
2015
Azərbaycan Prezidenti İlham Əliyev E.Q. Nuriyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
"Qafqazinfo”nun məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Eldar Qasım oğlu Nuriyev 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.
Qeyd edək ki, Eldar Nuriyev 2006-cı ilin aprelində Baş prokurorun müavini vəzifəsinə təsdiqlənib. Daha sonra Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri təyin olunub.



