SON XƏBƏR

Prezident dörd ölkəyə səfir təyin etdi

İyul 16
18:22 2021
Prezident İlham Əliyev dörd ölkəyə səfir təyin edib.

Qlobal.az xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncamlarla Əlimirzamin Qəvvam oğlu Əskərov Azərbaycanın Tacikistan Respublikasında, Xəzər Nadir oğlu Fərhadov isə Pakistan İslam Respublikasında, Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycanın Qazaxıstan Respublikasında, Ülvi Vaqif oğlu Baxşəliyev Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezidentin digər sərəncamları ilə Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycanın Tacikistan Respublikasındakı, Əli Fikrət oğlu Əlizadə isə Pakistan İslam Respublikasındakı, Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Qazaxıstandakı, Lətif Seyfəddin oğlu Qəndilov Belarusdakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook