SON XƏBƏR

Prezident daha 3 diplomatı geri çağırdı

Noyabr 25
19:06 2015
Azərbaycan Prezidenti İlham Əliyev M.N.Nəcəfbəylinin Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
 
Qlobalinfo.az xəbər verir ki, sərəncamda deyilir: "Murad Nizami oğlu Nəcəfbəyli Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılsın”.
 
***
 
Prezidentin digər sərəncamı ilə Məmməd Əhmədzadə də vəzifəsindən geri çağırılıb: "Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Argentina Respublikasında və eyni zamanda Paraqvay Respublikasında, Boliviya Çoxmillətli Dövlətində, Çili Respublikasında, Uruqvay Şərq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın”.
 
 

***
 
İlham Əliyevin daha bir sərəncamı ilə Elxan Qəhrəmanov vəzifədən geri çağırılıb: "Elxan Cahangir oğlu Qəhrəmanov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook