SON XƏBƏR

Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM

Yanvar 06
15:46 2020
Prezident İlham Əliyev iki sərəncam imzalayıb.

Qlobal.az xəbər verir ki, dövlət başçısı Vahid Novruzovu Azərbaycan Respublikasında auditor xidməti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət” ordeni ilə təltif edib.

Vahid Novruzov Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, iqtisad elmləri doktoru, professordur. Sabah onun 70 yaşı tamam olur.

Prezident başqa bir sərəncamla Əhməd Əhmədzadəni Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Əmək” ordeni ilə təltif edib.

Əhməd Əhmədzadə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədridir. Sabah onun 75 yaşı tamam olur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook