Prezident Birləşmiş Ərəb Əmirliklərinə səfərə getdi (FOTOLAR)

Yanvar 15
15:22
2023
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.
Qlobal.az xəbər verir ki, Əbu-Dabi Prezident Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.




Qlobal.az xəbər verir ki, Əbu-Dabi Prezident Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin ədliyyə naziri Abdulla bin Avad Əl-Nueymi və digər rəsmi şəxslər qarşılayıblar.



