Prays vəzifəsindən gedir və yeni işə başlayır
Mart 08
10:54
2023
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bu ay istefa verəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatına istinadən yazıb.
"Amerikada və bütün dünyada insanlar qarşısında Ned Prays tez-tez ABŞ-ın xarici siyasətinin siması və səsi olub. O, həddindən artıq peşəkarlıq və dürüstlüklə işləyirdi. Dövlət Departamenti adından Nedə əlamətdar xidmətinə görə təşəkkür edirəm", deyə Blinken bildirib.
Qeyd olunur ki, 2021-ci ilin yanvarından Dövlət Departamentinin spikeri vəzifəsində çalışan Prays yeni vəzifəyə keçəcək və Dövlət Departamentində birbaşa Blinkenlə işləyəcək.
"Mən fəaliyyətimə dövlət qulluqçusu, MKİ-nin analitiki kimi başlamışam və həyatımı dəyişən bir sıra taleyüklü təsadüflər nəticəsində bu vəzifəyə gəlmişəm. Son bir neçə ildə bu işi görməkdən həzz aldım. Bu işdə ən çox sevdiyim şeylərdən biri də siyasətlə əlaqədir", deyə Prays qeyd edib.
Blinken verdiyi açıqlamada, Tramp administrasiyası dövründə qeyri-müntəzəm olan agentliyin gündəlik mətbuat brifinqlərini geri qaytardığı üçün Praysa xüsusi təşəkkür edib və onu "jurnalistlərə siyasətimizlə bağlı mütəmadi olaraq çətin suallar verə bilmək imkanı verdiyi" üçün tərifləyib.
Dövlət Departamentinin spikeri kimi Prays müvəqqəti olaraq onun hazırkı müavini Vedant Patellə əvəzlənəcək.