SON XƏBƏR

Praqa ittihamları təkzib edir

Fevral 13
15:42 2016
Çexiyanın Ədliyyə Nazirliyi terrorçulara vasitəçilik etməkdə şübhəli bilinən Əli Fəyyadın ABŞ hakimiyyət orqanlarına verilməsindən imtina edərək onu həbsdən azad etməklə qurumun beynəlxalq qaydaları və Çexiya qanunlarını pozması barədə ittihamları təkzib edib.
 
Ədliyyə Nazirliyi öz mövqeyini onunla əsaslandırır ki, ABŞ-ın asayiş orqanları Çex Respublikasından həmin şəxs barəsində Çexiyanın özündə cinayət işi qaldırılmasını tələb etməyib və Çexiyada həbsdə olan livanlı barəsində bu cür niyyətləri olduğunu bildirməyiblər. Ədliyyə nazirinin müavini Pyotr Yeqr ÇTK agentliyinə müsahibəsində deyib: "Beləliklə, Çexiyanın Əli Fəyyad barəsində bu prosesə başlaya bilməsi üçün bütün şərtlərə əməl edilməyib”.
 
Ədliyyə naziri Robert Pelikan isə bildirib ki, cinayət işi qaldırılması barədə qərarı Ədliyyə Nazirliyi yox, ölkənin Baş Prokurorluğu qəbul edir.
 
AZƏRTAC



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook