SON XƏBƏR

Pos-terminallar niyə işləmir? (VİDEO)

Mart 24
10:46 2016
Nağdsız hesablaşmalara marağın artdığı bir vaxtda post-terminallarla bağlı problem ortaya çıxıb. Kartla ödəniş etmək üçün post-terminal tapılmır. Olanlar isə öz kartından başqasını qəbul etmir.
 
Pos-terminalların sayının azlığı və olanlarının isə bütün kartları dəstəkləməməsi insanların nağdız ödənişlərə olan marağını azaldır.
 
Qanuna görə, pos-terminallar birdən çox beynəlxalq kartı dəstəkləməyə bilər. Qanundakı bu boşluğu fürsət bilən bir çox sahibkar hiyləyə əl atıb.
 
Sifarişçi sahibkar hesab olunduğundan hər ay banka pos-terminaldan istifadə haqqı ödəməyə məcburdur. Birdən çox terminalın istifadə haqqını ödəməmək üçün isə bəzi sahibkarlar müştəri məmnunluğunu unudub cəmi bir pos-terminala üstünlük verirlər.
 
İqtisadiyyatın şəffaflaşması və vergidən yayınmanın qarşısının alınmasında nağdsız ödəniş sisteminin genişlənməsi ciddi rol oynayır. Bu baxımdan mütəxəssislər tövsiyyə edirlər ki, bu sahədə qanunda olan boşluqlar aradan qaldırılmalı, pos-terminaldan istifadə haqqı aşağı salınmalı və bütün kartları dəstəkləyən mərkəzləşdirilmiş pos-terminal sisteminə keçilməlidir. /Xəzər TV/
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook