SON XƏBƏR

Portuqaliyalı alim BSU-da

Fevral 16
11:26 2016
"Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq multikulturalizm qış məktəbi çərçivəsində Portuqaliyanın Lusofona Universitetinin beynəlxalq əlaqələr departamentinin direktoru, professor Teresa Damasio Bakı Slavyan Universitetində (BSU) "Yeni dünya nizamı və multikulturalizm” mövzusunda mühazirə oxuyub.
 
BSU-dan AZƏRTAC-a bildiriblər ki, müasir Avropada millətlərarası və dinlərarası problemlərə toxunan professor T.Damasio Azərbaycanda multikultural mühiti və Bakıda keçirilən qış məktəbini yüksək dəyərləndirib. Portuqaliyalı alim bildirib ki, mədəniyyət və incəsənət, təhsil sahələrinin dözümlülük mühitinin yaradılmasında xüsusi yeri var.
 
Bu baxımdan portuqaliyalı professor BSU ilə Lissabonun Lusofona Humanitar-Texnoloji Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsinə böyük önəm verdiklərini vurğulayıb.
 
T.Damasio qeyd edib ki, dünyada 250 milyondan artıq insan portuqal dilində danışır və bu müqavilə portuqaldilli ölkələrlə BSU-nun və bütövlükdə Azərbaycan təhsilinin əlaqələrinin inkişafina təkan verəcək.
 
Universitetlər arasında əməkdaşlıq müqaviləsini imzalayan BSU-nun rektoru Asif Hacıyev və professor T.Damasio bildiriblər ki, gələcəkdə iki mərkəz tələbə və müəllim mübadiləsi, müştərək təhsil və elmi layihələr həyata keçirəcək, eləcə də hər iki universitetdə Azərbaycan və portuqal dilləri qarşılıqlı tədris ediləcək.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook