Portuqaliya polisi 6,5 ton kokain daşıyan gəmini saxlayıb

Mart 26
10:35
2025
Portuqaliya polisi Avropaya gedən və göyərtəsində 6,5 ton kokain olan gəmi aşkarlayıb.
"Report” xəbər verir ki, bu barədə AP məlumat yayıb.
Gəmi Atlantik okeanında, Azor adalarından təqribən 500 dəniz mili aralıda beş ekipaj üzvü ilə birlikdə saxlanılıb. Polis onların beynəlxalq cinayət təşkilatının üzvləri olduğunu hesab edir.
Əməliyyatda polislə yanaşı, Portuqaliya Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, həmçinin İspaniya Mülki Qvardiyası da iştirak edib.