Poroşenko futbolçulara tapança payladı
Mart 25
08:42
2016
Ukrayna prezidenti Pyotr Poroşenko Avropa çempionatının final mərhələsinə çıxması münasibətilə futbol üzrə milli komandanın baş məşqçisi Mixail Fomenko, Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko və 9 futbolçunu tapança ilə mükafatlandırıb.
Publika.az "Ukrayna xəbərləri” portalına istinadən xəbər verir ki, dövlət başçısı bu haqqda fərmanı 21 noyabr 2015-ci ildə imzalayıb.
Ancaq fərmanın mətni daha əvvəl dərc edilməyib. Poroşenko yığmanın üzvləri ilə noyabrın 22-də görüşüb. Görüşün nəticələrinə görə idmançılara "yadda qalan hədiyyələr” verilib.
Ukrayna Avro-2016-ın seçmə mərhələsində C qrupunda üçüncü yeri tutub.
Ukrayna komandası Sloveniya komandasına qalib gəlib. Komanda qrup mərhələsində Almaniya, Polşa və Şimali İrlandiya ilə görüşəcək.
Qlobal.az



