Polkovnik: "MAXE arzusunda olanların çoxu komado birliklərində xidmət etmək istəyirlər"
Mart 05
11:46
2022
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan namizədlərin qəbulu prosesi ilə tanışlıq məqsədilə mediatur təşkil edilib.
Qaynarinfo xəbər verir ki, mediatur zamanı Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) qəbul prosesi ilə tanış olunub.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursuna qəbul olunmaq üçün müraciət edən vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilir.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul olunur.
Tədbirdə çıxış edən TTM-in rəis müavini, polkovnik Vidadi Cahangirov bildirib ki, müdafiə nazirinin müvafiq əmrinə əsasən 28 fevral 19 mart tarixlərində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları qəbul olmaq istəyənlərin sənədlərinin qəbulu həyata keçirilir.
O deyib ki, bunun üçün müvafiq komissiyalar yaradılıb: "Vətən müharibəsindən sonra gənclərin xidmətə dahada artıb. Qəbul prosesində bəzi asanlaşmalar həyata keçirilib. Qəbul bir neçə istiqamətdə aparılır. Hərbi Hava və Hərbi Dəniz Qüvvələrində müvafiq komsiyyalar yaradılıb. Quru qoşunları üçün TTM-də qəbul həyata keçirilir. Müraciət edənlərin çoxu komado birliklərində xidmət etmək istəyirlər. Bunun üçün sağlamlığı və fiziki hazırlığı xüsusi yoxlamadan keçirilir".