SON XƏBƏR

Politoloqdan pasport məsələsinə aydınlıq gətirildi

Dekabr 15
18:15 2015
Arzu Nağıyev: "Bu cür bəyanatlar boğazdan yuxarı və əsassız mülahizələrdən başqa bir şey deyil"
 
"Təbii ki, burada Azərbaycan üçün müsbət bir hal yoxdur. Dəfələrlə qeyd edildiyi kimi, son vaxtlar Rusiya –Türkiyə qarşıdurması da daxil olmaqla yaranmış gərginlikdən istifadə edən ABŞ münaqişənin həllini öz əlinə keçirmək təşəbbüsü ilə çıxışlar edir. Buna görə də hər cür addımlara əl atır.” Bu fikirləri SİA-ya politoloq Arzu Nağıyev qondarma "Dağlıq Qarabağ Resbublikası” (DQR) rəsmisinin ABŞ-a etdiyi səfərinə və orada konqresmenlərlə keçirdiyi görüşlərinə münasibətini bildirərkən deyib.
 
"DQR” rəsmisinin ABŞ-a dəvət edilməsinin ancaq yuxarıda qeyd edilən səbəbləri ola bildiyini deyən politoloq eyni zamanda bildirib ki, bunun digər bir tərəfi də guya demokratiyanın carçısı olan bir supergücün attığı addımla bütün münaqişə tərəflərinə izahat üçün kursu verməkdir.
 
"İnterpolda qırmızı xəttlə keçirlərsə dərhal saxlanmalı və bizə təhvil verilməliydilər”
 
Arzu Nağıyev "DQR”ın tanınmayan respublika olmasına rəğmən, qondarma qurumun nümayəndələrinin xarici ölkələrə hansı pasportla getmələrinə də münasibətini bildirib. Onun fikrincə, bu elə bir problem deyil: "Yəni hüquqi baxımdan bu şəxslər Azərbaycan vətəndaşıdırlar və pasportları da təbii ki, Azərbaycan pasportu olmalıdır. Lakin maraqlı tərəflər bu şəxslərə istənilən dövlətin gediş-gəliş sənədlərini verə bilərlər. Təbii ki, əgər bu şəxslər Azərbaycan tərəfindən törətdikləri cinayətlərə görə axtarışa veriliblərsə və ya İnterpolda qırmızı xəttlə keçirlərsə dərhal saxlanmalı və bizə təhvil verilməliydilər”.
 
"Azərbaycnın ərazi bütövlüyü bu qurum tərəfdən tanınıb”
 
Arzu Nağıyev ABŞ konqresində "DQR”-i dövlət kimi tanımaması barədə səslənən fikirlərə və bəyanatlara da fikir bildirib və qeyd edib ki, BMT-nin dövlətlər haqqında müvafiq qərar və qanunları var: "Azərbaycnın ərazi bütövlüyü bu qurum tərəfdən tanınıb və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Məhz buna görə də bu cür bəyanatlar boğazdan yuxarı və əsassız mülahizələrdən başqa bir şey deyil”.
 
SİA.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook