SON XƏBƏR

Politika.az saytının kollektivi Müasir Musavat partıyasının sıralarına keçdi

İyun 21
12:54 2016
Qarabağ qaziləri, Eldar Sabiroğlu və daha onlarla sadə insanlarımız Xəyyam Salmanzadənin məhkəməyə verilməsinə görə rektor İbrahim Cəfərovu qınayır 

Xəbər verdiyimiz kimi, bu yaxınlarda Politika.Az Xəbər Portalında kadr dəyişikliyi olub. Belə ki, bundan sonra sayta Xəyyam Salmanzadə rəhbərlik edəcək. Qeyd edək ki, ötən gün Xəyyam Salmanzadənin rəhbərliyi ilə kollektivin ilk iclası keçirilib. İclasda qərara alınıb ki, Politika.Az Xəbər Portalının kollektivi tam tərkibdə Müasir Müsavat Partiyasına üzv olsunlar. 

Bu onunla əsaslandırılıb kt, faktiki olaraq ölkədə müxalifət adına iddia edib, ancaq həqiqəti danışan varsa, o da Hafiz Hacıyevdir. Məsələ ilə bağlı açıqlama verən Xəyyam Salmanzadə bildirib ki,Politika.Az-ın kollektivi Müasir Müsavat Partiyasına üzv olsa da, hakimiyyəti və Prezident İlham Əliyevi dəstəkləyir. «Təbii ki. Hafiz Hacıyev də eyni siyasəti yürüdür, o da Prezident İlham Əliyevi dəstəkləyir. Ona görə də, amalımız və prisiplərimiz eynidir».

Xəyyam Salmanzadə onu da bildirib ki, Politika.Az-ın Mətbuat Şurasına üzv olması üçün də sənədlərin hazırlanmasına başlanılıb. 

Qeyd edək ki, həmin iclasda baş redaktorun məhkəməyə verilməsiylə əlaqədar olaraq müdafiəsinin təşkili aktivləşdirilsin. Həmçinin qərarlaşdırılıb ki, bu müdafiədə mətbuat nümayəndələri ilə yanaşı, ictimai-siyasi xadimlər də iştirak etsinlər. Həmçinin Prezident İlham Əliyev və beynəlxalq təşkilatlara da müraciətlər hazırlanaraq, göndəriləcək. 

Bu əsnada onu da bildirək ki, Suraxanı rayonu ərazisində yaşayan 30-a yaxın Qarabağ qazisi redaksiyamızla əlaqə saxlayaraq, məhəkəmnin gedişatı ilə maraqlanıblar. Onlar hamılıqla prosesdə iştirak edəcəklərini vurğulayıblar. 

Onu da qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu da Politika.aAz-ın redaksiyası ilə əlaqə saxlayaraq, ADAU-nun rektoru İbrahim Cəfərovun addımını pisləyib. O da məhkəmədə iştirak edəcəyini bildirib. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook