SON XƏBƏR

Polisin əməliyyat keçirdiyi əxlaqsız verilişə bu şirkətlər sponsorluq edib - "İstanbul NS", "Legend Motors"...

Dekabr 24
14:32 2024
"TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Belə ki, vətəndaşların narazılığına səbəb olan emin_resad” və "azerzahid6669966” adlı istifadəçilər tərəfindən TikTokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.

Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində "emin_resad” adlı "TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, "azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər. Bildirilib ki, hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.

Qlobal. Az "Qafqazinfo”- ya istinadən xəbər verir ki, ən çox müzakirə olunan məsələlərdən biri də belə bayağı yarışlara sponsorluq edən şirkətlərdir.
 


Düzdür, bunların çoxu xırda şirkətlərdir, amma aralarında kifayət qədər tanınan markalar da var. Buna misal olaraq, Bakıda fəaliyyət göstərən "İstanbul NS” klinikasını və "Halva” restoranlar şəbəkəsinin adını çəkmək olar. Tərbiyəsizliyə görə saxlanılan yarış iştirakçılarına avtomobil hədiyyə edən isə "Legend Motors”dur.

Görünür, bu adlar üçün sadəcə, özlərinin reklamları və bu reklamdan əldə ediləcək müştərilər maraqlıdır. Yoxsa, bilə-bilə niyə tərbiyəsizliyə sponsorluq etsinlər ki?

Onu da qeyd edək ki, istər televiziya məkanında, istərsə də, sosial şəbəkələrdə bayalığa sponsorluq edən şirkətlər kifayət qədərdir. Hansı ki, bu şirkətlər məqamı gələndə ciddi, ictimai yükü olan layihələrə sponsorluq etməkdən boyun qaçırırlar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook